Tavuşda erməni hərbçisi yaralandı

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Tavuşda minaya düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hazırda hərbçinin həyatı təhlükəsinin olmadığı bildirilib.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın sözlərinə görə, hərbçi sərhədyanı ərazilərdə mina təmizləmə işləri zamanı xəsarət alıb.

Əliyar Xəlil
Globalinfo.az