Rusiya Prezidenti Vladimir Putinin “Avropa donuz balaları” ifadəsinin rəsmi ingiliscə tərcüməsi ilə bağlı mübahisə həll olunub.
Globalinfo.az xəbər verir ki, Kreml transkriptdə “donuz dayıları” ifadəsini işlədib.
Bu, Putinin həmin ifadəni Rusiya Müdafiə Nazirliyinin iclasında deməsi zamanı qeydə alınmış ingilisdilli transkriptdə əks olunub.
Oxşar tərcümə prezidentin “İtogi Goda” (İlin Nəticələri) proqramındakı rəsmi ingilisdilli transkriptində də mövcuddur.
Xarici jurnalistlər “podsvinki” (kiçik donuzlar) sözünü ingiliscəyə çevirməkdə çətinlik çəkiblər. Məsələn, CNN jurnalisti Frederik Pleytgen canlı yayımlarda bu ifadəni işlətməsinə baxmayaraq, mənasını dəqiq bilmədiyini etiraf edib və onu “kiçik donuzlar” və ya “donuz balası” kimi tərcümə etdiyini bildirib.
Tahir Turan
Globalinfo.az