merz

Almaniya kansleri Fridrix Merz “ZDF” telekanalına müsahibəsində öz üslubu və əhali ilə ünsiyyət tərzinə yönələn tənqidləri rədd edib.

Globalinfo.az xəbər verir ki, kanslerin sözlərinə görə, bir çox insan onun fikirləri ilə razıdır.

Merz narazılıq doğuran məqam kimi medianın daim yalnız onu tənqid edən şəxsləri göstərməsini qeyd edib.

Kanslerə insanları təhqir etdiyi barədə irad bildirildikdə, o vurğulayıb ki, heç kimi şəxsən incitmək istəməyib.

“Mən sadəcə ölkədə mövcud olan problemi izah etməyə və bu problemin həlli üçün nə etməli olduğumuzu göstərməyə çalışıram. Bunu isə yalnız insanların iştirakı ilə həyata keçirmək olar.

Vətəndaşların nə qədər çox iş gördüyünü və nə qədər ağır çalışdığını bilirəm, lakin Almaniyada daha yüksək məhsuldarlıq nümayiş etdirmək lazımdır”.

Kansler bildirib ki, əvvəl dediyi sözlərin arxasında dayanır.

Qeyd edək ki, Merz aprelin 30-da seçicilərlə görüşdən sonra qalmaqalın mərkəzinə düşmüşdü. Tədbirdə xərçəng xəstəsi olan bir qadın ondan soruşmuşdu ki, niyə Almaniya hökuməti səhiyyə sahəsində ixtisarlar aparmaq qərarına gəlib, eyni zamanda nazirlərin maaşlarının artırılmasını planlaşdırır. Merz qadına empatiya göstərmək əvəzinə özünü müdafiə etməyə başlamış və onun dediklərini yanlış adlandırmışdı. Bununla belə, “Bild” qəzetinin yazdığına görə, məmurların maaşlarının artırılması təşəbbüsü həqiqətən də hazırlanırdı, lakin sonradan dayandırıldı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: