xamenei 2 900x600 1

İranın sabiq ali dini lideri Əli Xameneinin oğulları Məsud, Meysam və Mustafa Tehranda keçirilən vida mərasimində görüntüləniblər.

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial mediada video yayılıb.

Məlumata görə, fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələrdən sonra İranın yeni ali dini lideri seçilən Müctəba Xamenei təhlükəsizlik səbəbindən mərasimdə iştirak etməyib.

Bildirilir ki, onun mümkün təhlükəsizlik riskləri nəzərə alınaraq ictimaiyyət qarşısına çıxmasına icazə verilməyib.

Qeyd edək ki, iyulun 4-ü və 5-də Tehrandakı İmam Xomeyni məscidində Əli Xamenei ilə vida mərasimləri keçirilib. İyulun 6-da Tehrandan yola salınan cənazə iyulun 7-də Qum şəhərinə aparılıb. Dəfn mərasiminin isə iyulun 9-da Xameneinin doğulduğu Məşhəd şəhərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində həlak olub. Bundan sonra İranın Ekspertlər Məclisinin qərarı ilə onun oğlu Müctəba Xamenei ölkənin yeni ali dini lideri seçilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: