ik1 pic4 zoom 1500x1500 47743

Amazon Web Services (AWS) platformasında yaranan texniki problem bəzi istifadəçiləri panikaya salıb.

Globalinfo.az xəbər verir ki, sistem xətası nəticəsində müştərilərə milyardlarla, hətta trilyonlarla dollar məbləğində səhv hesablamalar göstərilib.

Bəzi istifadəçilər adi aylıq xərcləri bir neçə dollar olduğu halda, şəxsi kabinetlərində milyard dollarlıq borclarla qarşılaşıblar.

Məsələn, bir istifadəçiyə 1,5 trilyon dollarlıq hesab göstərilib.

Böyük Britaniyadakı bir xeyriyyə təşkilatı isə 43 sentlik ödəniş əvəzinə 7,8 milyard dollarlıq bildiriş alıb.

“Amazon” problemi təsdiqləyərək bildirib ki, nasazlıq xidmətlərin təxmini qiymət hesablanması sistemində yaranıb.

Şirkət yanlış hesablamaların real ödənişləri əks etdirmədiyini və istifadəçilərin heç bir tədbir görməsinə ehtiyac olmadığını açıqlayıb.

Hazırda AWS mütəxəssisləri sistemi bərpa etmək və məlumatları yenidən hesablamaq üzərində işləyirlər.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunub, istifadəçilər trilyon dollarlıq “hesablarını” paylaşaraq vəziyyətə zarafatla reaksiya veriblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: