owl detail 620 383de9a13b5e5312041b94a0d4b04d14

Dünya bazarında qızılın qiyməti 2000-ci ildən 2025-ci ilin sonuna qədər təxminən 12 dəfə bahalaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Qaydar İnstitutunun eksperti Antonina Levaşenkoya istinadən məlumat yayıb.

Ekspertin sözlərinə görə, həmin dövrdə əsas metalların əksəriyyətinin qiyməti artsa da, ən böyük bahalaşma qızılda qeydə alınıb.

Mis 5,87 dəfə, dəmir 3,39 dəfə, nikel 1,71 dəfə, alüminium isə 1,66 dəfə bahalaşıb.

Levaşenko bildirib ki, XXI əsrdə metal qiymətlərinin artmasına qlobal inflyasiya, hasilat və emal xərclərinin yüksəlməsi, enerji və avadanlıq qiymətlərinin bahalaşması, eləcə də dollar məzənnəsindəki dəyişikliklər təsir edib.

Ekspert qeyd edib ki, 2008–2009-cu illərin maliyyə böhranı, 2019–2020-ci illərdəki bazar dalğalanmaları və tələb-təklif dəyişiklikləri də metal qiymətlərinə təsir göstərib.

Qızıl ənənəvi olaraq iqtisadi qeyri-müəyyənlik dövrlərində investorların diqqət göstərdiyi aktivlərdən biri hesab olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: