Futbol üzrə Beynəlxalq Federasiyanın (FİFA) Texniki Komitəsi 2026-cı il Dünya Çempionatının finalından sonra təqdim olunacaq mükafatların müzakirə edildiyi iclas keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
“FİFA-nın iclasında qərar verilib ki, ABŞ-ın “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi “Qızıl top” mükafatını alacaq. Mükafatın təqdim olunması Dünya Çempionatının finalının nəticəsindən asılı olmayacaq”, – deyə bildirilib.
Qeyd edək ki, Argentina və İspaniya yığmaları arasında Dünya Çempionatının final oyunu iyulun 19-da ABŞ-ın İst-Raterford şəhərində yerləşən “MetLife” stadionunda keçiriləcək.
“Qızıl top” – Fransanın “France Football” jurnalı tərəfindən hər il təqvim ilinin ən yaxşı futbolçusuna verilən mükafatdır. Bu mükafat adətən futbolçular üçün ən nüfuzlu fərdi mükafat hesab olunur. İlk dəfə “Qızıl top” 1956-cı ildə təqdim edilib. 2025-ci ildə bu mükafatı PSJ və Fransa millisinin futbolçusu Usman Dembele qazanıb. Messi isə bu mükafata səkkiz dəfə sahib olub.
Əliyar Xəlil
Globalinfo.az