hh

İranın İordaniyadakı ABŞ aviabazalarına zərbələri zamanı “Black Hawk” hərbi helikopterlərinə ziyan dəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

“Cümə günü baş verən və ABŞ hərbçilərinin zərər gördüyü İran hücumu son beş gün ərzində İordaniyadakı ABŞ qüvvələrinə qarşı həyata keçirilən dördüncü hücum olub. Nəticədə ümumilikdə onlarla əsgər yaralanıb və bir neçə helikopter zədələnib.

ABŞ qüvvələrinə qarşı ilk hücum Kral Feysəl aviabazasındakı yaşayış kompleksinə olub və nəticədə beşədək amerikalı hərbçi xəsarət alıb. İkinci zərbə ölkənin şərq hissəsində yerləşən, ABŞ-ın Black Hawk helikopterlərinin yerləşdiyi hərbi bazaya endirilib, burada xeyli sayda helikopter zədələnib”, – deyə qeyd olunub.

Bildirilib ki, İordaniyanın coğrafi mövqeyi ABŞ-a Suriya, İraq və ümumilikdə regionda daha səmərəli hava əməliyyatları aparmağa imkan verir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: