Kürdəmirdə iki yük maşını toqquşub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı– Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.
Qazax istiqamətində hərəkətdə olan iki TIR toqquşub. Toqquşmanın təsirindən TIR- lardan biri yoldan çıxaraq aşıb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Fakt araşdırılır.