İranın milli aviadaşıyıcısı “Homa” aviaşirkəti Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm reysi həyata keçirib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Qeyd edilib kli, bu gündən etibarən hər bazar günü həyata keçiriləcək reys iki ölkə arasında hava əlaqələrini gücləndirmək məqsədilə təşkil olunub.
“Homa” aviaşirkəti bununla yanaşı, bazar ertəsi və cümə axşamı günləri Tehran–Bakı və Bakı–Tehran marşrutları üzrə də müntəzəm reyslər həyata keçirir.