FİFA dünya çempionatı zamanı 7 milyondan çox təhqiramiz şərhi silib.
Globalinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, son bir ay ərzində FİFA ümumilikdə 53 milyona yaxın şərhi yoxlayıb.
Silinən 7 milyon paylaşım 2022-ci il dünya çempionatı ilə müqayisədə 14 dəfə çoxdur.
Həmin turnirdə 470 min belə şərh silinmişdi.
Qeyd edək ki, dünya çempionatının finalında Argentina və İspaniya milliləri iyulun 19-da ABŞ-ın İst-Raterford şəhərində yerləşən “MetLife” stadionunda üz-üzə gələcək.
Bundan əvvəl KİV-də Kanada meşə yanğınları səbəbindən final oyununun təxirə salına biləcəyi barədə məlumat yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az