Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Kiyevdəki hədəflərə qarşı gecə həyata keçirdiyi ballistik hücumun müharibə dövründə “ən kütləvi hücumlardan biri” olduğunu təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Bu gecə Rusiya Kiyev şəhərinə qarşı ən kütləvi ballistik hücumlardan birini həyata keçirdi”, — deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, Rusiya tərəfindən müxtəlif tipli 40-dan çox raket buraxılıb, əksəriyyəti Kiyevə yönəlib.
Bundan əlavə, 120 zərbə dronu istifadə edilib.
Əliyar Xəlil
Globalinfo.az