Iran zerbe 111

ABŞ-ın bombardmanları nəticəsində İranın cənubundakı Bəndər-Abbas şəhəri demək olar ki, təcrid vəziyyətinə düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Telegraph” məlumat yayıb.

Məqalədə qeyd olunur ki, ABŞ bir həftə ərzində İranın cənubundakı bu şəhərə intensiv zərbələr endirib:

“Əhalisi təxminən 500 min nəfər olan şəhər nəticədə demək olar ki, tamamilə təcrid olunub. Şəhəri ölkənin digər bölgələri ilə birləşdirən yollar cümə günü səhərə qədər dağıdılıb”.

Daha əvvəl İran ABŞ tərəfinin razılaşmaları pozduğunu bildirərək, Vaşinqtonla imzalanmış anlaşma memorandumunun bütün bəndlərinin icrasını dayandırıb.

Həmçinin məlum olub ki, münaqişənin yenidən başlamasından sonra İranda ABŞ-ın hava zərbələri nəticəsində ən azı 50 nəfər həlak olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: