İsrail Baş naziri Benyamin Netanyahu Dünya Kubokunun finalı öncəsi Argentina millisinə dəstəyini ifadə edib.
Globalinfo.az xəbər verir ki, o, Argentinanın İsraildəki səfiri Şimon Aksel Vaniş ilə görüşüb.
Səfir Argentina Prezidenti Xavyer Mileinin Netanyahuya göndərdiyi səsli mesajı dinlədib.
Milei mesajında belə deyib: “Sən mənim dostumsan, bizi hər zaman dəstəkləyirsən. Sənin Argentinanı dəstəklədiyini eşitmək mənim üçün xoşdur”.
Netanyahu isə Mileinin mesajına cavab olaraq bildirib:
“Xavyer, sən əsl dostsan. Mən də əksər israillilər kimi Argentinanın yanındayam. Uğurlar… Vamos Argentina!”.
İsrail Baş Nazirlik Ofisinin sosial media hesabında yayımlanan görüntülərdə səfirin Netanyahuya Argentina milli komandasının formasını hədiyyə etdiyi də görünüb.
İsrail safını belli etti!
Netanyahu’dan Dünya Kupası Finali öncesi dikkat çeken Arjantin mesajı:
“Arjantin’i güçlü şekilde destekliyoruz. Ben de çoğu İsrailli gibi Arjantin’in yanındayım. İyi şanslar… Vamos Argentina!” https://t.co/xRGOd7vhTZ pic.twitter.com/IymzNnuA1Q
— 23 DERECE (@yirmiucderece) July 18, 2026
Əliyar Xəlil
Globalinfo.az