tramp 2 900x506 3

ABŞ Prezidenti Donald Tramp İranla müharibədəki itkiləri Vyetnam və Əfqanıstanla müqayisə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Nyu York Tayms”a müsahibəsində danışıb.

“Heç soruşmusunuz ki, Vyetnamda neçə nəfər həlak olub? Ya da Əfqanıstanda bir gün ərzində neçə nəfər ölüb? Cəmi bir gün ərzində – yuxulu Co Baydenin rəhbərliyi dövründə”.

Tramp İordaniyadakı Müvəffəq Salti aviabazasına edilən hücum nəticəsində ABŞ Silahlı Qüvvələrinin iki hərbçisinin həlak olmasına münasibət bildirib.

O, hərbçilərin ölümünü faciəli hadisə adlandırıb:

“Onlar İranın nüvə silahına sahib olmasını və Yaxın Şərqin məhv edilməsini istəmədikləri üçün həyatlarını itiriblər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: