dron

İyulun 19-na keçən gecə Rusiyanın hava hücumundan müdafiə (HHM) vasitələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 140 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, PUA-lar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk və Rostov vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım Respublikası, eləcə də Azov və Qara dənizlərin akvatoriyası üzərində məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 19-na keçən gecə rus qoşunları yüksək dəqiqlikli silahlar və pilotsuz aparatların köməyi ilə Kiyev, Kiyev vilayəti və digər şəhərlərdə hərbi-sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələr endirib.

Nazirlik bu hücumların Ukraynanın paytaxtına qarşı xüsusi hərbi əməliyyatın başlanmasından bəri ən böyük hücumlardan biri olduğunu və hədəfləri açıqladığını qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: