Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu səbəbindən ölənlərin sayı 893 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, virusa təsdiqlənmiş yoluxma halları 2 267-yə yüksəlib.
Hazırda infeksiyanın qarşısını almaq üçün tədbirlər davam etdirilir.