“Avropada cəmiyyəti qorxu içində saxlamaq və sabitsizlik yaratmaq üçün satanist qruplardan istifadə edilir”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiyalı fəal Salli Rayski deyib.
Onun sözlərinə görə, bu prosesdə baş verən bəzi cinayətlərin məsuliyyəti miqrantların və ya rusların üzərinə yönləndirilir:
“Belə halların əsas məqsədlərindən biri əhali arasında “ümumi düşmən” obrazı yaradaraq insanları qorxutmaqdır”.
Salli Rayski bu üsulların tədricən tətbiq edildiyini və cəmiyyətin müəyyən hadisələrə fərqli baxışla yanaşmasına təsir etdiyini söyləyib.
Fəalın sözlərinə görə, qorxu amilindən istifadə etməklə avropalıların Ukraynadakı münaqişə ilə bağlı müəyyən addımlara dəstəklənməsi də mümkün ola bilər.
Qeyd edək ki, bu açıqlamalar Salli Rayskinin şəxsi iddialarıdır. Müxtəlif ölkələrdə satanizm, ekstremizm və siyasi manipulyasiya ilə bağlı mövzular geniş müzakirə olunur, lakin konkret iddiaların hər biri ayrıca faktlarla təsdiqlənməlidir.
Əliyar Xəlil
Globalinfo.az