putin

“Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin faciəli tarixi postsovet ölkələri üçün ibrətamizdir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan deyib.

“BBC” 2012-ci ildə “Putin, RusiyaQərb” (Путин, Россия и Запад) adlı sənədli film çəkib. Təxminən 4 saat davam etsə də, bugünkü RusiyaUkrayna qardaş qırğınının, Rusiyanın Ukraynaya müdaxiləsinin səbəblərini tam şəkildə anlamağa kömək edir. Bu, əlbəttə ki, həmin hadisələrə haqq qazandırmaq demək deyil. Mən filmi bir neçə dəfə izləmişəm, o cümlədən ötən gecə yenidən baxdım.

Filmdə Gürcüstan və Saakaşvili ilə bağlı son dərəcə maraqlı bir məqam var. Belə ki, amerikalılar və avropalılar gürcü rəsmilərinə Rusiya ilə münasibətlərdə nələri etməməli olduqları barədə çoxlu tövsiyələr verirlər. Lakin Polşanın xarici işlər nazirinin xüsusi vurğuladığı bir fikir diqqət çəkir:

Rusiya ilə münasibətlərdə Gürcüstanın mühüm üstünlüyü və əlində güclü bir kozırı var – siz zərərçəkmiş tərəfsiniz. Elə addımlar atmayın ki, bu üstünlüyü itirəsiniz”.

Ancaq Gürcüstan hesab etdi ki, kollektiv Qərb gəlib onu xilas edəcək. Bu mühüm məsləhətə əməl etmədi, Cənubi Osetiya istiqamətində hərbi əməliyyatlara başladı və nəticədə məlum hadisələr baş verdi. Şübhəsiz ki, Rusiya təxribat törədirdi, amma bu təxribata uymamaq lazım idi”.

Jurnalist qeyd edib ki, bu hadisə yüz illər boyu xilaskarlarının Rusiya olduğuna inanan, sonra isə 180 dərəcə dönüş edərək yeni xilaskarlarını Avropada və ya Amerikada gördüklərinə inanan bütün ölkələr üçün ibrət dərsi ola bilər:

“Ümumiyyətlə, Saakaşvilinin faciəvi siyasi taleyi vaxtilə postsovet adlandırılan, Rusiyanın qonşuluğunda yerləşən ölkələr üçün olduqca düşündürücü və öyrədicidir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: