“Argentina heç kəsin silə bilməyəcəyi tarix yazıb”.
Globalinfo.az xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi komanda yoldaşları və azarkeşlərə müraciətində qeyd edib.
“Komanda yoldaşlarımın hər birinə, məşqçilər heyətinə və bu millinin böyük ailə olaraq qalması üçün hər gün əlindən gələni edən bütün insanlara təşəkkür edirəm.
Nə olmasından asılı olmayaraq, bu komanda artıq heç vaxt unutmayacağımız tarix yazıb. İrəli, Argentina!” – deyə futbolçu sosial şəbəkə səhifələrində yazıb.
Qeyd edək ki, Argentina – İspaniya final matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.