facebook 12

Azərbaycanda “Facebook”a girişdə problem yaranıb.

Globalinfo.az xəbər verir ki, hazırda sosial şəbəkəyə həm mobil telefon, həm də kompüter vasitəsilə daxil olmaq mümkün deyil.

Giriş zamanı bəzi istifadəçilərin qarşısına “Account Temporarily Unavailable” (“Hesab müvəqqəti olaraq əlçatan deyil”) bildirişi çıxır.

Problemin saytla bağlı texniki nasazlıq olduğu və qısa müddətdə aradan qaldırılacağını bildirilir.

Məhdudiyyətin yalnız Azərbaycanda, yoxsa daha geniş ərazidə yaşandığı ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: