Fransa Futbol Federasiyası (FFF) milli komandanın baş məşqçisi Didye Deşamın vəzifəsini tərk edəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verirn ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında məlumat yayılıb.
FFF-nin bəyanatında bildirilir ki, 57 yaşlı Deşam bir neçə gündən sonra postunu tərk edəcək və bununla da Fransa futbol sistemində təxminən 25 illik fəaliyyətini başa vuracaq.
Federasiya vurğulayıb ki, onun komandaya töhfəsi yalnız 185 oyun və 120 qələbə göstəricisi ilə məhdudlaşmır:
“Deşam milli komandaya qalibiyyət və məsuliyyət mədəniyyəti qazandırıb, bir çox futbolçunun inkişafına kömək edib, müxtəlif nəsilləri bir araya gətirib və komanda ilə Fransa xalqı arasındakı əlaqəni gücləndirib”.
Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisi idi.
Xatırladaq ki, Fransa millisi 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda oyunda İngiltərəyə məğlub olub. Komanda ilk hissədən sonra 0:4 hesabı ilə geridə qalıb. Qarşılaşma İngiltərənin 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Əliyar Xəlil
Globalinfo.az