ispaniya

İspaniya yayın ən qızğın dövründə kondisionerlərin yaratdığı yüksək elektrik tələbatı səbəbindən qış üçün nəzərdə tutulmuş təbii qaz ehtiyatlarından istifadə etməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Bildirilib ki, iyulun 2-dən 14-dək olan dövrdə ölkənin yeraltı qaz anbarlarından 39,4 milyon kubmetr qaz götürülüb:

“Buna səbəb anomal istilər fonunda əhalinin kondisionerlərdən daha çox istifadə etməsi, bunun isə qazla işləyən elektrik stansiyalarına əlavə yük yaratması olub.

Hazırda İspaniyanın qaz anbarları 73,3 faiz doludur. Bu göstərici 2021-ci ildən bəri iyul ayı üçün ən aşağı səviyyə hesab olunur”.

Qeyd edək ki, Avropa son illərin ən güclü istilik dalğalarından biri ilə üz-üzədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, təkcə bu yay qitədə rekord istilər nəticəsində 10 mindən çox əlavə ölüm halı qeydə alınıb. Son dörd ildə isə anomal yüksək temperatur səbəbindən 200 mindən çox insan həyatını itirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: