Dünyanın ən gözəl sözü seçilib.
Globalinfo.az Milli.az-a istinadla xəbər verir ki, Yeni Zelandiyanın yerli maori dilinə aid olan “Kaitiakitanga” sözü xüsusi mükafata layiq görülüb.
Bildirilir ki, bu sözün digər dillərdə dəqiq qarşılığı yoxdur. Termin insanların gələcək nəsillər naminə təbiəti qorumaq və ona qayğı göstərmək məsuliyyətini ifadə edir. Maori mədəniyyətində insanlar özlərini təbiətin sahibi deyil, onun ayrılmaz hissəsi hesab edirlər.
Söz beynəlxalq dil platforması tərəfindən sosial şəbəkələrdə və dilçilik forumlarında aparılan müzakirələr əsasında müəyyənləşdirilib. Qiymətləndirmə zamanı sözün səslənişi, mənası, tələffüzü və mədəni dəyəri nəzərə alınıb.
Müsabiqə çərçivəsində 75-dən çox dili təmsil edən 223 söz araşdırılıb və nəticədə “Kaitiakitanga” dünyanın ən gözəl sözü seçilib.