Kəndlər qaytarılır: ortaya çıxan reallıqlar

Qazaxın 4 kəndinin geri qaytarılmasına dair razılıqdan sonra ortaya çıxan reallığın qiymətləndirilməsi haqda:

– Dövlətlərarası delimitasiyası komissiyasının bugünkü 8-ci iclası ilə 4 kəndimizin geri qaytarılmasına qərar verilib.

Qərarda istinad nöqtəsi isə 1991-ci ildə bağlanan Alma-Ata bəyənnaməsi əsas götürülür.

Lakin razılaşmada göstərilir ki, əgər gələcəkdə Ermənistan və Azərbaycan arasında Sülh Müqaviləsində Alma-Ata Bəyannaməsindən fərqli fərqli fundamental prinsip qeyd olunarsa, Sərhədin Demarkasiyası Qaydaları həmin prinsipə uyğun olacaq.

Deməli, Azərbaycanın bəyan etdiyi əvvəlki illərə aid xəritələr məsələsi gündəmə gələcək və sadəcə İNDİLİK/SIRF BU DÖRD KƏND ÜÇÜN ALMA-ATA BƏYANNAMƏSİ əsas götürülüb.

– Başqa bir detal görə, iki tərəf arasında ən yüksək hüquqi sənəd SÜLH MÜQAVİLƏSİ olacaq. Buna görə də müəyyən bir bazaya ehtiyac vardı ki, proses irəliləsin.

– Eksklavlar və anklavlar məsələsi ilə bağlı gələcəkdəki addımlar bugünkü kontekstdə davam etdirilib, müəyyən olunacaq.

Yəni Ermənistan sözügedən anlayışlarla bağlı dəqiq komentariya verə bilmir və ÜMİD EDİR Kİ, GƏLƏCƏKDƏ Gədəbəyin kəndi olan Başkəndin de -yure Ermənistan ərazisi olduğunu ƏSASLANDIRMAĞA çalışacaqlar.

– Hazırkı razılaşmadan sonra bir sıra erməni kəndləri Azərbaycan hərbçilərinin nəzarəti sahəsinə düşəcək. Ermənistan deyir ki, bölgədə onların da sərhəd xidməti olacaq – amma öyrəşmək lazımdır.

– Azərbaycan İNDİLİK 4 kənd əldə edir. Bəs Ermənistan nə qazanır?

Paşinyan hesab edir ki, təhlükəsizlik riski azalır. Ermənistan demarkasiya əldə edir və özünün hüquqi ərazilərini müəyyən edir.

Gözünüzün önündə Əliyev 300 illik tarixi bitirdi, içərisində də üçəsrlik erməni kilsəsinin Dənizdə- Dənizə Böyük Ermənistan ideologiyasını…

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri