Araikin açdığı mühüm sirr üzə çıxdı – İki ay sonra sərhəddə nələr olacaq?

09:24

Ermənistanın “Qara pantera” terror qruplaşmasının rəhbəri Serob Qasparyan Qarabağın keçmiş “rəhbəri” Araik Arutyunyanın iki il əvvəl ona bir sirri açdığını deyib.

Sitat:

“Mən kartları açmaq istəyirəm. Qarabağın keçmiş “rəhbəri” Araik Arutyunyan iki il əvvəl mənə bir sirri etiraf etmişdi. Bildirmişdi ki, Ermənistan ordusu patrul xidməti ilə əvəz olunacaq. Yəni Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfənglə – avtomatla silahlanmış patrul xidməti qoruyacaq. İyun ayı sonuncu vaxtdır, ondan sonra ordunun patrul xidməti ilə əvəzlənməsi prosesi həyata keçiriləcək”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, sərhədlərin patrul xidməti tərəfindən qorunması fikri yeni deyil.

Ətraflı videoda:

Safura Bənnayeva
Globalinfo.az