Rusiya o silahlardan istifadə edib? – Kremldən cavab

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, o, ittihamların tam əsassız olduğunu bildirib.

Peskov Rusiyanın beynəlxalq hüquqa dair öhdəliklərinə sadiq olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynada kimyəvi silahlardan istifadəsinə dair məlumat yaymışdı.