Paşinyan hakimiyyətini qorumaq üçün bunu da edəcək – Kiviryan

“Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün hər şey, o cümlədən güc tətbiq edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

“Xalq ilk növbədə Nikol və tərəfdaşlarının qarşısına divar çəkməli, onları təcrid etməlidir. Hakimiyyət dəyişikliyinin baş verməsi üçün ictimaiyyət etibarlı proqram, eləcə də onu həyata keçirəcək siyasi qüvvələr görməlidir. Bu halda ümummilli müqavimət mümkündür. Məsələ burasındadır ki, Ermənistanda baş verənlərdə əvvəlki hakimiyyət orqanları da günahkardır”, – deyə Kiviryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az