Norveçli səyyahlar Ağdamda – VİDEO

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdama səfər edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.

Heyət ilk olaraq Ağdam Cümə məscidində olub.

Norveçdən olan səyyahlar Ağdama səfər ediblər - FOTO

Norveçdən olan səyyahlar Ağdama səfər ediblər - FOTO

Norveçdən olan səyyahlar Ağdama səfər ediblər - FOTO

Norveçdən olan səyyahlar Ağdama səfər ediblər - FOTO

Norveçdən olan səyyahlar Ağdama səfər ediblər - FOTO

***13:05

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik heyəti Şuşa şəhərinə səfərdə olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, səyyahlar Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb. Qonaqlar, Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı və Cıdır düzündə olublar.

Bununla da səyyahların Şuşa səfəri başa çatıb. Onlar Şuşadan Ağdama yola düşüblər.

***11:30

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, heyətin Şuşa şəhəri ilə tanışlığı başlayıb. Qonaqlar əvvəlcə Xurşid Banu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verib.

Norveçli səyyahların Şuşaya səfəri başlayıb - FOTO Norveçli səyyahların Şuşaya səfəri başlayıb - FOTO Norveçli səyyahların Şuşaya səfəri başlayıb - FOTO Norveçli səyyahların Şuşaya səfəri başlayıb - FOTO

***09:16

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərlik heyəti ilk olaraq işğaldan azad edilmiş Füzuli Beynəlxalq Hava Limanında olublar.

Globalinfo.az xəbər verir ki, qonaqlar daha sonra Füzuli şəhərinə gəliblər.

Onlara şəhərin işğal zamanı dağıdılmış binaları göstərilib. Həmçinin şəhərdə aparılan tikinti-quruculuq işləri barədə onlara məlumat verilib.

Səyyahlar öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olublar.

***08:46

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin bu gündən Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır.

Globalinfo.az xəbər verir ki, qrupa “Vagaclub”un rəhbəri, 35 yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.