6633e8bc65f456633e8bc65f4617146779486633e8bc65f436633e8bc65f44

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupman Azərbaycanda səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmisi “X” hesabında məlumat yayıb.

“COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Haciyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir”, – diplomat vurğulayıb.

6633e8bc737456633e8bc7374617146779486633e8bc737426633e8bc73744

Paylaş: