Tbilisidə etiraz aksiyası:  “Qəhrəmanlar” meydanı bağlandı

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

Globalinfo.az xəbər verir ki, etirazçılar hakim partiyanın “xarici təsir” qanunu əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Aksiyaçılar paytaxtın əsas nəqliyyat qovşağını iflic ediblər.

Parlament binasının qarşısına toplanmış minlərlə etirazçı buradan Rustaveli prospekti ilə “Qəhrəmanlar” meydanına yürüş ediblər.

Etirazçılar “Qəhrəmənlar” meydanını tamam bağlayıblar.

Nəticədə Tbilisinin əsas nəqliyyat qovşağı da daxil olmaqla bir sıra mərkəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti tam dayanıb.

Artıq polis etirazçıları saxlamağa başlayıb. Nəqliyyatın hərəkəti qismən bərpa edilib. Lakin bəzi etirazçılar hələ də yolun hərəkət hissəsini bağlı saxlamağa cəhd edirlər. Polisin tələblərinə tabe olmayanlar həbs edilir.