Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsdi – YENİLƏNİB

Türkiyənin Ticarət Nazirliyi ölkənin İsraillə bütün ixrac və idxal əməliyyatlarını dayandığını təsdiqləyib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, bu qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım axınına icazə verənə qədər həyata keçirəcək.

***

Türkiyə İsraillə iqtisadi əlaqələri kəsir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” Türkiyə rəsmilərinə istinadən məlumat yayılıb.

Mənbələrə görə, Türkiyə cümə axşamı günündən etibarən İsraillə bütün ixrac və idxal əməliyyatlarını dayandırıb.

Qeyd olunur ki, Ankara bu addımı rəsmən açıqlamayıb.

Türkiyə Statistika Qurumunun məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da 76 faizi Türkiyənin ixracı olub.