LAF TV kanalı bərpa olundu

Haker hücumu nəticəsində ələ keçirilən LAF TV-nin Yutub kanalı bərpa olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə LAF İnternet Televiziyasının həmtəsisçisi Ləman Ələşrəfqızı məlumat verib.

Xatırladaq ki, aprelin 30-da “LAF TV” Yutub kanalına kiberhücum olmuşdu. Kanal ələ keçdikdən sonra isə orada olan videolar silinmişdi.

Qeyd edək ki, Ləman Əşrəfqızı Globalinfo.az-a belə bir halla ilk dəfə üzləşdiklərini bildirmişdi.