“Nə etsək, bu adamların qarınağrısı tutur!” – Anardan sərt sözlər

Tanınmış şair, yazıçısı, publisist Həmid Herisçinin Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olması ədəbi mühitdə müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AYB sədri Anar Rzayev onları tənqid edənlərin fikrlərini önəmsəmədiyini bildirib.

O deyib ki, onları tənqid edənlər bunu hikkələrindən edirlər:

“Mən insanların hikkəsini anlaya bilmirəm. Açığı, hər adamın da hikkəsinə cavab tapa bilmirəm artıq. AYB nə etsə, bunların qarınağrısı tutur! Yazıçılar Birliyinə meyl edən, gəlmək istəyən hər bir layiqli adamı qəbul etməyə hazırıq. Həmid Herisçi də həmin adamlardan biridir ki, məmnuniyyətlə AYB-yə qəbul etdik!”

Zaira Akifqızı
Globalinfo.az