Paşinyan polisi öz ortağına çevirib – Çalabyan

“Hakimiyyət konstitusiya quruluşunu pozur və polisi öz ortağına çevirir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin önündə aksiya keçirən  “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.

“Əslində Ermənistanın daxili qoşunlarının nümayəndələri Kirants kəndini mühasirəyə alıblar. Bununla da onlar Ermənistan Konstitusiyasını pozurlar. Üstəlik, bu ərazilərdə minaların olması da istisnadır. Çünki söhbət dövlətlərarası yoldan gedir. Hesab edirəm ki, hakimiyyətin atdığı addımlar qeyri-qanunidir”, – deyə Çalabyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın polis qüvvələri Kirants kəndinə girişi bağlayıb. Daxili İşlər Nazirliyi isə bunu Ermənistan Müdafiə Nazirliyinin kəndin yaxınlığında minatəmizləmə işləri aparması ilə əlaqələndirib. Ona görə də yolların bağlı olduğu və kəndə Jurnalistlərin buraxılmadığı açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az