Gəncədə məktəbli bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki , hadisə şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin şagirdi olan oğlan bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, məktəblini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Onun sözlərinə görə, keçirilmiş tədbirlərlə R. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə məktəbdən kənar, saat 15:00 radələrində baş verib.