Parlamentdə Paşinyana qarşı plan hazırlanır – Erməni deputat

“Biz impiçment prosesinə o zaman başlayacağıq ki, küçələrdə xalqın iradəsini qəbul etdirmək üçün kifayət qədər qüvvə olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat İşxan Saqatelyan deyib.

“Bu mübarizənin məntiqi yekunu Ermənistan parlamentində impiçment prosesinin başlanması ola bilər. Lakin biz bu prosesə vaxtından əvvəl başlamağın və uğursuzluqla üzləşməyin yolverilməz olduğunu hesab edirik. Biz bu prosesə o zaman başlayacağıq ki, xalqın iradəsini yeritmək üçün kifayət qədər qüvvə küçələrdə peyda olacaq. Ona görə də yaxın gələcəkdə bizim bütün addımlarımız bu gücü toplamağa yönəlməlidir”, – Saqatelyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az