ABŞ kəşfiyyatının rəhbəri: Ukraynada müharibə tezliklə bitəcək

“Rusiya qoşunları Ukraynada tədricən irəliləyir. Onların taktiki irəliləyişlər etmək şansları var”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns deyib.

“Rusiya cəbhə xəttində, Donetsk və Xarkov bölgələrində taktiki irəliləyişlər əldə etmək imkanı qazanıb. Rus qoşunları döyüş meydanında tədricən irəliləyir. Çinin Rusiyaya ikili təyinatlı komponentlər və materiallar tədarük etməsi döyüş meydanında vəziyyətin Moskvanın xeyrinə dəyişməsini təmin edən amillərdən biridir. Bütün bunlar Rusiyanın hərbi gücünün bərpasını sürətləndirib. Vladimir Putin daxili və xarici şəraitin onun xeyrinə olduğuna inanır. Hesab edirəm ki, Ukraynadakı müharibə tezliklə bitəcək”, – deyə Hayns vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az