ŞOK: Ermənistanda azərbaycanlı əsirlər evlərdə işlədilir? – VİDEO

12:35

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün keçirilən brifinqində bildirildi ki, Birinci Qarabağ müharibəsi zamanı 872 azərbaycanlının sağ-salamat şəkildə ermənilər tərəfindən əsir götürüldüyünə dair məlumatlar var. Hətta onlardan təxminən 253 nəfərin Ermənistana aparıldığı qeyd olunub.

Xatırladaq ki, işğal dövründə Birinci Qarabağ müharibəsi zamanı sağ qalmış və əsir götürülmüş bəzi azərbaycanlıların Ermənistanda olduğu, hətta müxtəlif sahələrdə, inşaatda, eləcə də evlərdə işlədildiyinə dair iddialar səsləndirilirdi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan ordusunun ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev azərbaycanlıların hələ də Ermənistanda işlədilməsinə dair faktla rastlaşmadığını bildirib.

Ətraflı videoda:

Ayşən Mustafa
Globalinfo.az