Netanyahuya hücum: Avtomobilini Baş nazirin kortejinin üstünə sürdü

İsrailin paytaxtı Təl-Əvivdə Netanyahunun kortejinə hücum olub.

Globalinfo.az xəbər verir ki, İsrail Baş nazirinin mühafizəçiləri və polis 58 yaşlı kişini kortejə yaxınlaşarkən saxlayıb.

İsrail mediası yazır ki, hücum edən şəxs avtomobili Netanyahunun kortejinə paralel olaraq sürüb. Həmçinin qışqıraraq kortejə yaxınlaşmağa çalışıb.

Xatırladaq ki, Qüdsdə və İsrailin digər şəhərlərində minlərlə insan HƏMAS-ın saxladığı girovların azad edilməsi və Knessetə növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə axışıb.

Əliyar Xəlil
Globalinfo.az