Mövlam Şixəliyev məhkəməyə müraciət etdi – Səbəb

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev maddi ziyanla bağlı məhkəməyə ərizə verib.

Globalinfo.az “Unikal”a istinadən bildirir ki, məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bundan öncə Mövlam Şıxəliyevin ailə üzvləri müxtəlif səbəblərlə bağlı dəfələrlə məhkəməyə müraciət etsələr də, rədd cavabı alıblar. Məhkəmə müraciətlərin qanuni əsasının olmadığını əsas gətirib. Belə ki, keçmiş generalın ailə üzvləri cinayət yolu ilə əldə olunmuş əmlakları leqallaşdırmaq istəyiblər.