Mirzoyan və Kuleba Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, Mirzoyan və Kuleba ikitərəfli münasibətləri müzakirə ediblər.

Eyni zamanda Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səylərə toxunulub.

Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının, o cümlədən demarkasiya prosesində ərazi bütövlüyü prinsipinə hörmət edilməsinin, 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyin vacibliyini vurğulayıb. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla, o cümlədən Ukrayna ilə əməkdaşlığın aparıldığını deyib.

Əliyar Xəlil
Globalinfo.az