Millətə xidmətin bənzərsiz örnəyi

Uca dağ zirvələrini bütün aydınlığı ilə görmək üçün onlardan müəyyən məsafəyədək uzaqlaşmaq lazım gəlir. Ətəyində, yamacında olanda zirvələri görə bilmirsən. Böyük şəxsiyyətlər də uca dağ zirvələri kimidir. Yanında olunca yalnız görünən tərəfini görə bilərsən. Ondan uzaqlaşdıqca şəxsiyyətin miqyasını və möhtəşəmliyini dərk edirsən və heyrətlənməyə bilmirsən.

Azərbaycan tarixinin belə möh­təşəm zirvələrindən biri Heydər Əliyevdir. Zaman bütün ömrünü Vətənə və xalqa xidmətə həsr etmiş Heydər Əliyevi bizdən uzaqlaşdırdıqca onun tarixi şəxsiyyət portreti daha çox cizgilərlə zənginləşir, həyatı və müba­rizəsi haqqında təsəvvürlər daha da genişlənir.

Zaman keçdikcə Heydər Əliyevin tarixin ən az rast gəlinən siyasi xadim­lərindən biri olduğunu dərk edirsən. Bütün ömrü kameralar altında keçən böyük siyasətçi bir-birinə zidd olan iki fərqli ictimai-siyasi quruluşda Azərbay­can dövlətinə rəhbərlik edib. Hər quru­luşun heç bir halda kəsişməyən öz ide­oloji əsası, öz yolu və öz məramı vardı. Fəhlə-kəndli birliyindən doğan proletar diktaturasına əsaslanan Sovet İtti­faqının azad cəmiyyət quran müstəqil Azərbaycanın inkişaf yolu ilə heç bir oxşarlığı və yaxınlığı ola bilməzdi. Ta­riximizdə yer almış bu iki antaqonist quruluşu bir-birinə bağlayan yeganə müsbət amil Heydər Əliyev şəxsiyyəti oldu.

1969-cu ildə Heydər Əliyevin Azər­baycanda hakimiyyətin ən yüksək pilləsinə gəlməsi həmin illərdə iqtisa­di-siyasi və mədəni-mənəvi durğunluq dövrünü yaşayan respublikamızın hə­yatına gözlənilməz bir canlanma gə­tirdi. Ulu öndər Vətənimizə rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet İttifaqının müttəfiq respublikaları ara­sında bütün göstəricilərinə görə axırın­cı yerlərdə idi. O zamanadək Azərbay­can İttifaq miqyasında yalnız xammal mənbəyi rolunda çıxış edən ən geridə qalmış aqrar respublika kimi tanınırdı.

Ulu öndər respublikaya rəhbərlik et­diyi dövrdə isə Azərbaycan iri sənaye və və kənd təsərrüfatı ölkəsinə çevril­di, SSRİ miqyasında ən yüksək iqtisadi nəticələrə nail oldu. Heydər Əliyevin rəhbərliyi ilə görülən işlərin fonunda ölkəmiz iqtisadiyyatın bütün sahələrin­də sürətli inkişaf yoluna çıxdı və bütün sahələrdə davamlı inkişaf göstəriciləri qeydə alındı.

Bütün bunlar o zaman Ulu öndərin ilk baxışdan görünə bilən və bilavasitə vətəndaşların rifah halında öz əksini tapan nailiyyətləri idi. Amma uğurlar yalnız iqtisadi inkişafdan ibarət deyil­di. Heydər Əliyevin ölkənin və xalqın gələcəyinə çox geniş diapazonda baxı­şı həyatın bütün istiqamətlərində yeni yanaşmanı ortaya qoyurdu.

Xalqın azad və xoşbəxt gələcəyi­nin mümkünlüyü sovet ideologiyasının təzyiqi altında məhv edilən milli-mənə­vi dəyərlərinin qorunması ilə birbaşa bağlı idi. O zamankı sovet Azərbayca­nı cəmiyyətində bu həqiqəti anlayan və bu həqiqət uğrunda mübarizə aparma­ğa hazır olanlar o qədər də çox deyildi. Ulu öndər incə fəhmi ilə gələcəyin sağ­lam düşüncəli və milli ruhlu cəmiyyətini yetişdirmək üçün milli-mənəvi dəyərlə­rin qorunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirirdi. Məhz həmin illərdə Azərbaycanın hər bir yaşayış məntəqəsində mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, in­cəsənət xadimləri fəxri adlarla, orden və medallarla təltif edildi, onlara təqa­üdlər ayrıldı. Musiqi, teatr, kino, təs­viri incəsənət və digər sahələrdə yeni inkişaf meyilləri yarandı və mədəni intibah qeydə alındı. Bütün bunlar cə­miyyətin intellektual təbəqəsini məhz milli yönümdə yaradıcılığa ruhlandırır və onların fəaliyyətinin səmərəliliyini daha da artırırdı. Milli ruhu oyadan və bu fəaliyyətinə görə anti-sovet ittiham­ları ilə üzləşən bir sıra yaradıcı ziyalılar məhz onun sayəsində sovet rejiminin cəza maşınından xilas olundu. Beləlik­lə, 1969-cu ildən başlanan böyük mə­dəni inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.

Ulu öndər xalqın savadlanmasını, müasir biliklərə yiyələnməsini təmin et­mək üçün gənclərin Sovet İttifaqının ən nüfuzlu ali məktəblərində təhsil alması­nı təmin etdi. Hələ çarizm dövründən hərbi ixtisaslara və ordu işlərinə yaxın buraxılmayan qeyri-slavyan xalqların­dan biri kimi Azərbaycan gənclərinin hərbi peşələrə yiyələnməsini təmin etdi. Bu məqsədlə ölkə daxilində hərbi məktəb yaradıldı və bir çox gənclər So­vet İttifaqının müxtəlif ali hərbi məktəb­lərində təhsil almağa göndərildi.

Heydər Əliyev sosialist idarəçilik sisteminin ən yüksək pilləsində daya­nanların heç birinə məlum olmayan öz siyasi baxışlarından çıxış edərək, sovet ideoloji siyasətini Azərbaycanda milli-ideoloji siyasətə çevirə bildi. Məhz belə bir cəsarətli yanaşma nəticəsin­də milli-ideoloji siyasətin tərkib hissə­si kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azər­baycan SSR-in Konstitusiyasına “Azər­baycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Milli ideologiyamızın məhək daşlarından biri olan ana dilimizin qorunub saxlan­ması və təbliği baxımından mühüm tarixi bir addım atıldı. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbay­can dili” dərslikləri hazırlandı ki, bu da xalqın dilini və mədəniyyətini qoruyub saxlamağa və gələcəkdə müstəqil döv­lət olmağın zəminini yaratmağa xidmət edirdi.

Beləliklə, 1969-1982-ci illər ərzində Heydər Əliyevin Azərbaycana rəhbər­lik etdiyi dövrdə həyata keçirilən isla­hatların və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə və böyük potensiala malik olan qabaqcıl respublikaya çevrildi. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi cəmi 14 il ərzin­də Azərbaycanın gələcək müstəqilliyinə nail olması və onu qoruyub saxlamasını təmin edəcək qədər böyük işlər görüldü.

1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin bi­rinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin əsas rəhbərlərindən biri oldu. Dünyanın iki ən qüdrətli güc mərkəzin­dən birini idarə edənlər sırasında Hey­dər Əliyevin yer alması faktının özü Azərbaycan xalqının dünya miqyaslı böyük uğuru idi. SSRİ rəhbərliyində ça­lışdığı zaman da Heydər Əliyev Azər­baycanı müxtəlif istiqamətlərdən gələn bütün təhlükələrdən Simurq quşu kimi qoruyurdu.

Təsadüfi deyil ki, imperiya mərkəzi­nin havadarlığı ilə Azərbaycanın ərazi bütövlüyünə edilən qəsd və hərbi tə­cavüz də məhz Heydər Əliyevin sovet idarəçilik sistemindən istefasından sonra baş verdi. Ulu öndər Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyündən və tutduğu bütün vəzifələrdən istefa verdi. Lakin nəzər­lərini heç vaxt Azərbaycanın üzərindən çəkmədi. 1990-cı ilin 20 Yanvar ha­disələrinə açıq şəkildə etirazını bildirən və Bakıda baş verən hadisələrə görə sovet rəhbərliyini kəskin tənqid edən ilk siyasətçi də məhz Heydər Əliyev oldu. Sovet rejiminin qadağalarına rəğmən, yanvarın 21-də həyatını təh­lükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Dağlıq Qa­rabağda yaranmış kəskin münaqişə­li vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda nümayişkaranə şəkildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvana getdi və həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçildi. Həmin dövr­də Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iq­tisadi durumunun ağırlığı, o zamankı Azərbaycan hakimiyyətinin muxtar qu­ruma əsassız təzyiqləri Naxçıvanın və­ziyyətini olduqca mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri vəzifəsinə seçilənə­dək olan müddətdə daha da kəskin­ləşdi. Bütün maneələrə baxmayaraq, Naxçıvan Ali Məclisinin sədri seçilən Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində bölgədə sabitlik tə­min edildi və muxtar qurumun sosi­al-iqtisadi vəziyyəti yaxşılaşdırıldı.

Dövrün mürəkkəbliyini, dünyada və bölgəmizdə baş verən hadisələrin mahiyyətini yaxşı dərk edən Heydər Əliyev Azərbaycanı yeni dövrə hazır­lamağın ilk addımlarını da məhz Nax­çıvanda atdı. Heydər Əliyevin təşəb­büsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respubli­kasının Dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublika­sının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Bu əlamətdar hadisə Azərbaycanda yeni dövlətçilik quruculuğunun baş­lanğıcından xəbər verirdi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişa­fı və xalqın tarixi yaddaşının özünə qaytarılmasını təmin etmək üçün Heydər Əliyev Azərbaycançılıq məf­kurəsini milli ideologiya olaraq irəli sürdü. Bununla da Heydər Əliyev Naxçıvandan başlayaraq dünyanın bütün guşələrində yaşayan azərbay­canlıları ölkənin azadlığı və müstəqil­liyi uğrunda səfərbər etməyə başladı. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında hər il 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyli­yi Günü kimi qeyd olunması barədə qərar qəbul edildi.

Bakıda və Qarabağ ərazisində isə vəziyyət get-gedə daha da mürək­kəbləşirdi. Yaxınlasan fəlakətin qaçıl­maz olduğu getdikcə daha çox hiss olunurdu. Belə gərgin və böhranlı bir vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət edərək Yeni Azər­baycan Partiyasının yaradılmasını təklif etdi. Xalqın çağırışına biganə qalmayan Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Belə­liklə, 1992-ci il noyabrın 21-də Naxçı­vanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev par­tiyanın sədri seçildi. Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövr­də əsl vətənpərvərliyi və öz xalqına olan sədaqəti Azərbaycanın bütün mütərəqqi insanlarını onun ətrafın­da birləşdirdi. Qısa bir zamanda YAP ölkənin ən böyük və etibarlı siyasi qü­vvəsinə çevrildi.

1993-cü il iyunun 9-da xalqın tələ­bi ilə Naxçıvandan Bakıya gələn Hey­dər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi və iyunun 24-dən etibarən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidenti­nin səlahiyyətlərini həyata keçirməyə başladı. Bu, artıq ölkəmiz üçün fərq­li bir zaman idi. Bu dövrün çağırışları da, qarşıya qoyduğu vəzifələri də so­vet dövründəki rəhbərlik illərindən çox fərqlənirdi. Ölkəni uzun illərdən bəri davam edən müşkül vəziyyətin dolan­baclarından çıxarmaq, dövlət müstəqil­liyini təmin etmək, onu qoruyub saxla­maq və erməni təcavüzünün qarşısını almaq, torpaqları işğaldan azad etmək lazım idi. On il ərzində müstəqil Azər­baycan Respublikasının Prezidenti olan Ulu öndər ölkəni vətəndaş mü­haribəsindən, tənəzzüldən və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Ulu öndərin rəhbərliyi altında milli müstəqil dövlət­çiliyimizin əsasları qoyuldu və ciddi is­lahatlara start verildi. Heydər Əliyevin ermənilərlə müharibədə atəşkəsə nail olması, irəli sürdüyü yeni neft strategi­yası ilə dünyanın ən güclü dövlətlərinin diqqətini Azərbaycana cəlb etməsi, iq­tisadi dirçəlişə nail olmaqla ölkədə da­yanıqlı sabitliyin əldə olunması gələcək mübarizəmizə daha yaxşı hazırlaşmaq və torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşda tarixi Qələbənin qazanılması üçün möhkəm zəmin ha­zırlayırdı.

1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmış “Əsrin müqaviləsi” enerji ehtiyatlarının həcminə və onların istismarı üçün qo­yulan sərmayələrin həcminə görə dün­yada bağlanan ən iri sazişlər siyahısına daxil oldu. “Əsrin müqaviləsi” Azərbay­canın dünya iqtisadi sistemindəki yeri­ni müəyyənləşdirdi və möhkəmləndirdi. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imza­lanmasına yol açdı. Bu tarixi müqavilə­nin əhəmiyyətindən danışan Ulu öndər Heydər Əliyev deyirdi: “Əsrin müqa­viləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənmə­si üçün gözəl imkanlar yaradır və ina­nıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq­dır.”

Bütün bunlarla yanaşı, ölkədə sis­temli və ardıcıl şəkildə həyata keçi­rilən hərtərəfli islahatlar Azərbaycanın müstəqilliyini günbəgün möhkəmlən­dirir, onu əbədi və sarsılmaz edirdi. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı Heydər Əliyev zəkası­nın məhsulu olub bugünkü reallıqların bünövrəsini təşkil etdi. Həmin dövrdə qaçqın və məcburi köçkünlərin prob­lemlərinin həlli, Azərbaycan həqiqət­lərinin dünyaya çatdırılması, ordu və dövlət quruculuğu, insan haqlarının və söz azadlığının qorunduğu açıq cəmiy­yətin formalaşması ilə bağlı göstərilən çoxşaxəli fəaliyyətlər sayəsində Azər­baycan sürətli inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə müstəqil si­yasət yeridən gənc bir dövlət kimi dün­yada böyük nüfuz qazandı.

Heydər Əliyevin adı Azərbaycanın müstəqillik dövründə yeni bir dövlətin memarı və qurucusu kimi tarixə yazıldı. Bütöv bir xalqın taleyini həll edən müd­rik siyasəti, dərin zəkası və müstəsna fəaliyyəti ilə Heydər Əliyev hər bir quru­luşda, hər bir şəraitdə xalqına sədaqə­tin, millətə xidmətin bənzərsiz örnəyini yaratdı. İki müxtəlif dövrdə, bir-birinə zidd olan iki fərqli siyasi quruluşda eyni amala, eyni məqsədə xidmət edən və hər iki vəziyyətdə bütün başlanğıcları uğurla başa çatdıran böyük bir şəxsiy­yət bu gün bizə uca dağ silsilələrinin iki yanaşı zirvəsi kimi görünür. Hər iki zirvə öz möhtəşəmliyi ilə heyrətamiz və əlçatmazdır.

2003-cü ildən etibarən Azərbaycan Respublikasına rəhbərlik edən İlham Əliyev Ulu öndər Heydər Əliyevin qar­şıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirdi. 2020-ci ilin Vətən müha­ribəsində Prezident və Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olundu. Ulu öndərin vaxtilə dilə gətirdiyi ən bö­yük arzusu həyata keçdi. “Vaxt gələcək Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq.”

Bu gün Azərbaycan Avrasiyanın ən parlaq Günəşi kimi işıq saçmaqdadır. Bu işığın nüvəsində Heydər Əliyev si­yasəti və Heydər Əliyev şəxsiyyəti da­yanır. Bu gün xalqımız Ulu öndərin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Ümumxalq məhəbbəti qazanmış Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı