Moskvada üçmərtəbəli binada yanğın başlayıb – VİDEO

Moskvanın şərqində üçmərtəbəli binada yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, inzibati və sənaye binasında başlayan yanğın 2,5 min kvadratmetrlik sahəni əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə 120 nəfərlik canlı qüvvə və 35 texnika cəlb olunub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Müşviq Tofiqoğlu
Globalinfo.az