Kobaxzidze ABŞ-a getməkdən imtina etdi – SƏBƏB

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vaşinqtonun baş nazirə qarşı irəli sürdüyü tələblər səbəbi ilə səfərin təxirə salındığı bildirilir.

Məlumata görə, Gürcüstanın baş naziri ABŞ-a dəvət olunub. Ona xəbərdarlıq edilib ki, səfərdən əvvəl Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsini müvəqqəti dayandırmalıdır. Lakin Gürcüstan hakimiyyəti bu şərtlər altında səfər təklifini rədd edib.

Ayşən Mustafa
Globalinfo.az