
Rusiya hərbçiləri ABŞ-ın Nigerdəki aviabazasına daxil olublar.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ ordusunun adı açıqlanmayan rəsmisi “Reuters”ə deyib.
Nəşrin məlumatına görə, Vaşinqton bunu ABŞ qoşunlarının Niger hakimiyyətinin qərarı ilə ölkədən çıxmasının nəticəsi kimi qiymətləndirir.
ABŞ rəsmisi Rusiya qüvvələrinin Nigerin paytaxtı Niameydəki Diori Hamani beynəlxalq hava limanının yanında yerləşən 101 saylı aviabazaya gəldiklərini bildirib.
Pentaqon rəhbəri Lloyd Ostin isə qeyd edib ki, ruslar aviabazada digər binada yerləşiblər.
Ayşən Mustafa
Globalinfo.az