İspaniyada sursat fabrikində partlayış olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Cadena Ser” radiosu məlumat yayıb.
Mursiya şəhərində baş verən partlayış zamanı altı nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.
Partlayışın ardından yanğın başlayıb və alov qısa zamanda fabrikin yaxınlığındakı meşəyə keçib.
Qeyd edək ki, fabrikdə bütün növ mərmilər, partlayıcı vasitələr, patronlar və bombalar istehsal edilib.
Partlayışın səbəbləri araşdırılır.
Əliyar Xəlil