IMG 1813

Dünyanın ən güclü komandası bəlli olub.

Globalinfo.az xəbər verir ki, finalda Argentinanı 1:0 hesabı ilə məğlub edən İspaniya FIFA 2026 Dünya Çempionatının qalibi olub.

***01:42

106-cı dəqiqədə İspaniya qol vurub. 

Globalinfo.az xəbər verir ki, qolun müəllifi Ferran Torres olub.

***01:16

Oyunun əsas vaxtında (90 dəqiqə) qalib müəyyənləşməyib. Komandaların heç biri rəqib qapısından qol keçirə bilməyib. 

Globalinfo.az xəbər verir ki, oyun əlavə vaxta gedib.

***00:21

Qarşılaşmanın ikinci hissəsi başlayıb. 

***23:55

Qarşılaşmada ilk hissə başa çatıb. 

Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***23:00

FIFA 2026 Dünya Çempionatının final görüşü start götürüb. Globalinfo.az xəbər verir ki, Argentina və İspaniya yığmaları dünya birinciliyi uğrunda mübarizəyə başlayıblar.

Final görüşü ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən “MetLife Stadium”da keçirilir.

Xatırladaq ki, yarımfinal mərhələsində İspaniya Fransanı, Argentina isə İngiltərəni məğlub edərək finala yüksəlib. Fransa və İngiltərə arasında keçirilən üçüncülük uğrunda mübarizənin qalibi isə İngiltərə olub. Komanda Fransanı 6:4 hesabı ilə məğlub edərək çempionatın bürünc mükafatçısı olub.

Paylaş: