5278ea7e745e99865f336d0834b47 2

24 iyunda Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 5119 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqez sosial media səhifəsində məlumat verib.

Onun sözlərinə görə, ölənlərin sayı daha 50 nəfər artaraq 5119 nəfərə çatıb. Yaralıların sayı isə 16740 nəfərdir.

Rodriqez qeyd edib ki, iki əsas zəlzələdən bəri bölgədə 1350-dən çox afterşok qeydə alınıb. O əlavə edib ki, zədələnmiş binalar ciddi təhlükə yaratmağa davam edir və buna görə də tədbir görülməlidir.

Paylaş: