135 illik kitab: Aşçiyan erməniləri belə ifşa etdi – FOTO

“1889-cu ildə İstanbulda erməni əlifbası, amma türk dilində “İlaveli Yemek Kutabı, Alaturka ve Alafranka. Aşçılara ve ev kadınlarına mahsusdur” adlı kitab çap edilir. Kitab bundan sonra 1907-ci ildə İstanbuldakı Sakayan nəşriyyatı tərəfindən ikinci dəfə nəşr olunur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

Onun sözlərinə görə, kitabın müəllifi Ohan Aşçiyan 1857-ci ildə İstanbulda anadan olub, əsl adı isə Ovannes Ohannesdir:

“İstanbulun Eminönündə kitab mağazaları olub. Qəbiristanlıq qeydlərinə görə, atasının adı Qarabəd olub. Maraqlıdır ki, kitabda erməni milli yeməyi haqqında bir cümlə də yoxdur. Heç erməni adı da çəkilmir. Təsəvvür edin, bir erməni yemək kitabı yazır, amma məxsus olduğu millətə aid bir cümlə də yoxdur”.

Tarixçi erməni mətbəxi anlayışının nə zaman ortaya çıxdığını da qeyd edib:

“Ermənilər özlərinə saxta tarix yazmaqla yanaşı, saxta mətbəx də yaratdılar. Türk mətbəxinin ermənilər tərəfindən mənimsənilməsi 1940-ci illərdən başlayıb. Ermənilər bunu mətbəximiz haqqında geniş məlumatlar toplayaraq reallaşdırıblar. Onlar müxtəlif dillərdə kitablar çap edərək bizə məxsus milli yeməklərin guya ermənilərə məxsus olduğuna inandırmağa çalışıblar. Bu gün də ermənilər yüz dəfə “dolma, plov, paxlava, piti bizim yeməkdir, lavaşı biz icad etmişik” deyə iddia etsələr də, bunun heç bir əsası yoxdur. Gün gələcək, onlardan soruşacaqlar ki, siz Azərbaycan və Türkiyə ərazilərinə dünən köçürülmüsünüz, belə zəngin mətbəxiniz necə ola bilər? Ona görə də ermənilər əvvəlcə müəllifi öz millətlərindən olan bu kitabla tanış olsunlar, sonra “qədim” xalq olduqlarını iddia etsinlər”.

Zaira Akifqızı
Globalinfo.az